Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin rayonunda PKK düşərgələrinə zərbə endirib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə” antiterror əməliyyatı çərçivəsində PKK düşərgələrinə endirilən aviazərbə nəticəsində 7 terrorçu məhv edilib.
Qeyd edək ki, “Pəncə-1” əməliyyatı bu il mayın 27-də İraqın şimalında Hakurk rayonunda, sonra “Pəncə-2” əməliyyatı, avqustun 23-də isə İraqın şimalında Sinat-Haftanin rayonunda “Pəncə-3” əməliyyatı başlayıb. Əməliyyatda məqsəd Türkiyənin cənub-şərqində təhlükəsizliyi təmin etməkdir. /APA