XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 07:48

Nazirlikdən iki qurumun birləşəcəyi xəbərinə reaksiya verildi – [color=red]Açıqlama

Mediada Təhsil Nazirliyi ilə TQDK eyni qurumda birləşdirilərək, adıçəkilən qurumların bazasında Elm və Təhsil Nazirliyi yaradılacağı barədə xəbərlər yer alıb.

Strateq.az xəbər verir ki, yayılan xəbərlə bağlı Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Ölkə.az-a açıqlama verib.

Onun sözlərinə görə, yayılan xəbərlərin haradan qaynaqlandığını bilmirlər.

Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birləşdiriləcəyi ilə bağlı onlarda heç bir məlumat yoxdur.

Qeyd edək ki, bu cür məlumatın çıxmasına səbəb Mikayıl Cabbarovla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasında yenidən başlamış “soyuq savaş”ın olduğu göstərilirdi.