“Barselona” futbol klubunun baş məşqçisi Ernesto Valverde istefaya göndərilə bilər.
Bu barədə İspaniyanın AS nəşri bildirib.
Qeyd edilir ki, əgər Messi və komanda İspaniya çempionatının iki ən yaxın matçında – “Vilyarreal”la evdə, “Xetafe” ilə səfər oyununda xal itirsə, baş məşqçi tutduğu vəzifədən kənarlaşdırılacaq.
Kataloniyalılar Valverdenin rəhbərliyi altında dörd dəfə mükafat qazanıblar. Bunlardan ikisi ölkə yarışı – İspaniya Kuboku və Superkubokunda əldə edilib. Klub Çempionlar Liqasının dörddə bir final və yarımfinal mərhələlərinə yüksəlib.
Daha əvvəl bildirilirdi ki, İspaniya “Barselona”sı 2018/2019 mövsümündə Avropa təmsilçiləri arasında oyunlarına ən çox azarkeş gələn klub olub. (report)