XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 08:48

Azərbaycanın ötən il turistlərdən əldə etdiyi[color=red] gəlir açıqlandı

Ötən il turistlərin gəlişindən Azərbaycan büdcəsinə bir milyarda yaxın vəsait daxil olub. Bu da ümumdaxili məhsulun 4 faizini təşkil edir.

Bu barədə jurnalistlərə müsahibə verən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, turizm sahəsində lisenziyaların ləğvi qiymətlərin aşağı düşməsinə təkan verib. Lisenziyaların ləğvi bu sahəsinin nəzarətsiz qalacağı demək deyil. Müxtəlif formalarda, yəni bank təminat miqdarlarının hesabına, müəyyən keyfiyyət dərəcələrinin müəyyənləşdiriliməsi ilə biz turizm sahəsində gedən prosesə nəzarət edəcəyik.

Ə.Qarayev qeyd edib ki, bu il böhran vəziyyətini nəzərə alaraq Azərbaycana gələn turistlərin sayında artım gözləmirik. Hədəfimiz mövcud stabil rəqəmlərin saxlanılması və daxili turizmin inkişafına təkan verməkdir(azərtac).