XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 12:59

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10%-ə yaxın artıb –Dövlət Statistika Komitəsi

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 851,7 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən dövr ölkədə hava nəqliyyatı ilə sərnişin daşımaların 99,9% dövlət, 0,1% isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, yanvar-avqust aylarında bu nəqliyyat növü ilə yükdaşıma 6,4% azalaraq 126,6 min ton olub.