XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 14:12

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi müəyyənləşib –20 məsələyə baxılacaq

parlament-5.jpgMilli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi müəyyənləşib. 

Parlamentin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə 20 məsələ daxildir.

İclasda “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 2-ci oxunuşda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik müzakirəyə çıxarılacaq.