“Azərbaycan iqtisadi inkişaf və beyəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir”.
Bunu Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransının iştirakçılarına müraciətində bildirib. Onun sözlərinə görə, Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur:
“Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcəkdir.