XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 19:04

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 176,8 mln. ABŞ dolları dəyərində 8 886,8 ton əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən,  ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında ölkəyə idxal olunan əczaçılıq məhsullarının 2,2 mln. dollar və ya 1,2%, həcmi isə 539,4 ton və ya 5,7% azalıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında əczaçılıq məhsullarının ümumi idxaldakı payı 1,88% təşkil edib. Bu göstərici illik müqayisədə 0,73 faiz bəndi azalıb.

Xatırladaq ki, hesabat dövründə ölkədə əczaçılıq məhsullarının istehsalı 9,8% artıb.