XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 17:16

Hakimliyə namizədlərin yazılı imtahanının vaxtı bilindi –Bu tarixdə keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanının ikinci fazası – yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, hakimliyə namizədlər “İmtahana buraxılış vərəqəsi”ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdır.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır.

İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.