XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2016 - 10:06

Avtobusu daşa basan uşaqların valideynləri cəzalandırıldı – [color=red]RƏSMİ

Yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində – Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsini sındıranlar cəzalandırılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi xəbər yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib.

Vurulmuş ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.