XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 21:09

“Səudiyyə Ərəbistanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” –Nazir

“Səudiyyə Ərəbistanı Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”. 

Bu sözləri Maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, qardaş ölkə işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir.

“Azərbaycan Səudiyyə Ərəbistanının prinsipial mövqeyini yüksək qiymətləndirir”, – deyə nazir vurğulayıb. S. Şərifov əlaqələrin daha güclənəcəyinə əminliyimi ifadə edib. (apa)