XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 23:19

UEFA Millətlər Liqasının formatı dəyişdirilir

UEFA Millətlər Liqasının formatında dəyişiklik ediləcək.

Qitə futbol qurumu 4 divizionda təşkil olunan yarışla bağlı dəyişikliyi zəruri sayıb.

A divizionunda çıxış edən komandaların sayı artırılacaq. 2018-19 mövsümündə güclülər sırasında 12 yığma iştirak edirdisə, 2020-21 mövsümündə bu rəqəm 16-ya çatacaq.

Nəticədə qrup sonuncusu olub aşağı liqaya düşən Almaniya, Xorvatiya, Polşa və İslandiya yenə A divizionunda oynayacaq. Onlara B divizionunun 4 qalibi qoşulacaq. Bununla da UEFA nüfuzlu komandaların aşağı liqaya yuvarlanması ilə turnirə marağın azalmasının qarşısını alacaq.

Qeyd edək ki, Millətlər Liqasının yeni mövsümünün formatı UEFA İcraiyyə Komitəsinin sabahkı iclasında təsdiqlənməlidir. (apa)