XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 23:41

Qazaxda top mərmisi aşkarlanıb –ANAMA

Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX əməkdaşları tərəfindən birlikdə ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) 45 mm-lik top mərmisi (8 ədəd OR-240 və 1 ədəd BR-240) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.