XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 10:25

Gürcüstan və İran XİN başçıları arasında görüş:bölgədəki təhlükəsizlik mühiti müzakirə edilib

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, XİN başçılarının görüşündə bölgədəki təhlükəsizlik mühiti müzakirə edilib.

“Gürcüstan tərəfi Yaxın Şərq regionunda və Fars körfəzində baş verən son hadisələrlə maraqlanıb. Tərəflər davamlı inkişaf və firavanlıq üçün sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğuladılar”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. /APA