XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 13:31

Rusiya millisi dünya çempionatına buraxılmaya bilər –Səbəb

Futbol üzrə Rusiya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına buraxılmaya bilər.

“The Telegraph” nəşri xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya Antidopinq Agentliyinə (RUSADA) qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, ölkənun futbol yığması mundialdan kənar qalacaq.

Qeyd edək ki, WADA-nın oktyabrda RUSADA-nın qurumun məcəlləsinə uyğun gəlmədiyini açıqlamaq ehtimalı var. Buna səbəb RUSADA tərəfindən bu ilin yanvarında WADA-ya təqdim edilən Moskva laboratoriyasının məlumatlarında uyğunsuzluğun aşkarlanmasıdır. WADA məsələyə aydınlıq gətirmək üçün Rusiyaya 3 həftə vaxt verib/Report.