XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 20:42

“Tokio 2020” paralimpiya oyunları:Azərbaycan 30 idmançı ilə təmsil oluna bilər

“Azərbaycanın 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı gözlənilir”.

Bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, üzgüçülük və pauerliftinq idman növündə artıq iki lisenziya əldə olunub: “İdmançılarımızın beynəlxalq yarışlarda mübarizələri davam edir. Reytinq cədvəli gələn ilin may ayında bağlanacaq”.

K.Məmmədov “Tokio 2020”də azərbaycanlı paralimpiya idmançılarının uğur əldə edəcəklərinə inandığını da qeyd edib: “Biz idmançılarımıza çox inanırıq və əminik ki, Tokioda Azərbaycan himni dəfələrlə səsləndiriləcək”.

Report