XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2019 - 15:34

Tural Gəncəliyev Dağlıq Qarabağın erməni icmasına müraciət edib

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Dağlıq Qarabağın erməni icmasına müraciət edib.

“Report” xəbər verir ki, icma sədri jurnalistlərə açıqlamasında deyib:

“Fürsətdən istifadə edərək Dağlıq Qarabağın erməni icmasına müraciət edirəm. Mən onları həm təcavüzkar Ermənistan, həm də Dağlıq Qarabağda hökm sürən cinayətkar xunta rejiminin əsarətindən xilas olmağa çağırıram. Onları bizim səsimizə səs verərək münaqişənin tənzimlənməsi və sülh yolu ilə həll olunması istiqamətində əsarətdən qurtulmağa çağırıram. Əgər onlar düşdükləri əsarətdən xilas olarlarsa, bu, aparılan danışıqlara da müsbət təsir edər”.