XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2019 - 16:57

Rusiya Federasiya Şurası “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı ratifikasiya edib

Rusiya Federasiya Şurası 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində imzalanan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı ratifikasiya edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Sənəd özündə həm də gəmiçilik, ətraf mühitin mühafizəsi və ətraf mühitin rasional idarə edilməsi, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarından, onun dibi və təkinin mineral resurslarından istifadə sahəsində beynəlxalq hüququn müasir prinsip və normalarını ehtiva edir.

Qeyd edək ki, Rusiya Dövlət Duması sentyabrın 19-da “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı” təsdiqləyib.