XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 20:03

Bratçikov:“Konvensiya Xəzəryanı dövlətlərin ümumi marağına cavab verir"

“Xəzər dənizinin hüququ statusu haqqında” Konvensiya Xəzəryanı dövlətlərin ümumi marağına cavab verir. Konvensiya dünyada baş verən bir sıra çətin problemlərin həlli üçün yaxşı nümunədir”.

Bunu APA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya prezidentinin Xəzər dənizinin hüquqi statusu ilə danışıqlardakı xüsusi nümayəndəsi İqor Bratçikov deyib.

Diplomat Rusiya Federasiya Şurası tərəfindən Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya haqqında federal qanunun ratifikasiya edilməsini də şərh edib. Onun sözlərinə görə, Konvensiyanın ratifikasiya edilməsi ilə Xəzəryanı dövlətlər əməkdaşlığa və qarşılıqlı fəaliyyətə aid məsələləri razılaşdırmağa nail olublar.

“Konvensiya ilə nizamlanan məsələlər konsensus nəticəsində öz həllini tapıb. İndi Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi üçün bütün hüquqi əsaslar və yetərincə mexanizimlər mövcuddur”, – deyə İ. Bratçikov vurğulayıb.