XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2015 - 14:00

Prokurorluğa imtahanın nəticələri açıqlandı

Prokurorluq_2.jpg

38 ikinci mərhələyə keçmək hüququ qazanıb.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahan saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb. İmtahan təlimata uyğun olaraq keçirilib, namizdələrin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Artıq imtahanın nəticələri bu gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) açıqlanıb. Qeyd edək ki, imtahanda iştirak edənlərə 100 sual təqdim olunub. Mövcud qaydalara görə, 70 bal toplamış namizədlər yazılı test imtahanını uğurla verilmiş sayılır və növbəti mərhələyə buraxılır. yerləşdiriləcək

Strateq.az –ın əldə etdiyi məlumata görə, imtahanda iştirak etmək üçün sənədlərini təqdim edənlərdən Baş Prokurorluq tərəfindən 380 nəfərin namizədliyi qeydə alınıb. Sənəd təqdim edənlərdən 18 nəfər imtahana gəlməyib.

İmtahanda iştirak etmiş şəxslərdən 3 nəfər 80-dən yuxarı bal toplayıb. 35 nəfər 70 və yuxarı bal toplayıb. 89 nəfər 60 və yuxarı bal toplayıb.

Beləliklə, 38 nəfər ikinci mərhələyə keçmək hüququ qazanıb.

Xatırladaq ki, Baş Prokurorluq 100 vakanat vəzifəyə prokuror seçməyi planlaşdırır.