XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 10:10

Türkiyəyə məxsus pilotsuz uçuş aparatı məhv edildi –Tripolidə

Marşal Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) paytaxt Tripolidəki Mitiq Hava Limanında Türkiyəyə məxsus pilotsuz uçuş aparatının məhv edildiyi barədə açıqlama yayıb.

Bu barədə LMO-nun “Facebook” səhifəsində məlumat yer alıb.

“Hərbi Hava Qüvvələrinin qırıcıları Mitiq aviabazasına hava zərbələri endirib. Nəticədə hərbi bazada olan türk pilotsuz uçan aparatı, anbarlar və atəş mövqeləri məhv edilib”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və öldürülməsindən sonra Liviya faktiki olaraq vahid bir dövlət kimi fəaliyyətini dayandırıb. Artıq ölkədə ikili hakimiyyət hökm sürür. Xalqın seçdiyi məclis ölkənin şərqini idarə edir, ölkənin qərbi və paytaxt Tripoli isə Fayez Sarrajın rəhbərlik etdiyi və BMT və Avropa Birliyinin dəstəyi altında olan Milli Razılıq Hökuməti tərəfindən idarə olunur. Ölkənin şərq bölgəsinin hakimiyyəti hazırda Liviya Milli Ordusu ilə əməkdaşlıq edir. /APA