XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 13:33

Məmmədyarov:"Bütün üzv dövlətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir"

“Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında deyib.

“Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq: KTMT, MDB və ŞƏT-in terror təhlükələrinə qarşı mübarizədə töhfəsi” mövzusunda çıxış edən nazir daha sonra bildirib: “Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir. Onlar həmçinin terror və əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə və ya sipər altında, bilavasitə və ya dolayı yolla dəstəklənməsi və ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilməmədiyindən əmin olmalıdırlar”.