XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

27 Sentyabr 2019 - 13:17

“Facebook” yeni funksiyanı sınaqdan keçirir

Facebook sosial şəbəkəsi Avstraliyada nəşrlərdəki bəyənmələrin sayını və videoya baxışı gizlədən bir funksiyanı sınaqdan keçirməyə başlayıb.

Trend-in məlumatına görə, hazırda bu rejimin digər ölkələrdə sınaqdan keçiriləcəyi barədə qərar verilməyib. “Bu dəyişikliklərin istifadəni yaxşılaşdıracağını araşdırmaq üçün rəylər toplayacağıq” deyə “Facebook” sözçüsü Cimmi Raymo bildirib.

Bənzər bir funksiya artıq Kanada və Braziliya da daxil olmaqla 7 ölkədə Instagram-da sınaqdan keçirilməyə başlayıb. Bəyənmələrin ümumi sayının əvəzinə istifadəçilərə yazını bəyənən bir neçə qarşılıqlı dostun adları göstərilir.