XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 13:45

““Ağıllı körpü”nün iştitakçıları Koreya təcrübəsini Azərbaycanda tətbiq edəcək” –KOICA rəsmisi

Azərbaycanda innovasiyaya əsaslanan iqtisadiyyatın qurulması prosesi Koreya Respublikasının xüsusi marağına səbəb olub. Azərbaycan bu sahədə çox böyük işlər görüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 27-də “Ağıllı körpü” layihəsinin yekunlarına dair tədbirdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin ölkə direktoru Park Kumok deyib.

Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirən P.Kumok bildirib ki, təlim iştirakçıları Koreya təcrübəsini Azərbaycanın innovasiya ekosistemində tətbiq edəcəklər. Bu isə Azərbaycan üçün növbəti böyük uğurdur: “Bu günədək KOICA Azərbaycana 60 milyon ABŞ dollarınadək qrant yardımı ayırıb. Qrantlar əsasən su resurslarının idarə edilməsi, ictimai idarəetmə, kənd yerlərinin inkişafı və İKT sahələrini əhatə edib”.

P.Kumor qeyd edib ki, bu il Azərbaycan və Koreya hökumətləri arasında qrant yardımına dair çərçivə sazişi imzalanıb. Saziş bir çox sahələrdə əməkdaşlığı əhatə edir. Sazişə əsasən, 3 il ərzində su resurslarının idarə edilməsi, ictimai idarəetmə, kənd yerlərinin inkişafı, İKT və innovativ sahələrin inkişafına 10 milyon dollaradək qrant yardımı ayrılacaq.