XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 13:59

Jak Şirakın vəfatı ilə əlaqədar Fransa səfirliyində bayraqlar endirilib –Xatirə kitabı açılacaq

Fransanın sabiq Prezideti Jak Şirakın vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Matəmlə əlaqədar bu gun səfirlikdə xatirə kitabı da açılacaq.

Qeyd edək ki, Fransanın sabiq Prezidenti Jak Şirak dünən 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makrona başsağlığı məktubu ünvanlayıb.