Bu gün kişilərdən ibarət milli həndbol komandasının və “Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib.
Azərbaycan Həndbol Federasiyasının Mətbuat xidməti xəbər verir ki, Fəxri Bədən Tərbiyyəsi və İdman İşçisi ürək xəstəliyindən vəfat edib. Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!