XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Sentyabr 2019 - 21:22

Bəzi avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək- Bakı Nəqliyyat Agentliyi

Aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.