XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 10:42

Milli Məclisin sədr müavini: [color=red]“ATƏT-in Minsk Qrupu mənasız təşkilata çevrilib”

ziyafet.jpg

"Azərbaycanın haqq səsinin eşidilməməsi, Ermənistan tərəfindən torpaqlarının işğal edilməsinin etiraf olunmaması AŞPA-da Ermənistanın işğalını müdafiə edənlərin olduğunu bir daha göstərir."

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

"Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Gördüyünüz kimi, “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı sənədin qəbulu üçün 5-6 səs çatmadı. İkinci məsələ – Sərsəng su anbarı ilə bağlı sənəd isə qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olduğu bilavasitə əksini tapıb", – deyə Z. Əsgərov bildirib. (APA)

Onun sözlərinə görə, birinci qətnamənin qəbul olunmaması bir daha göstərir ki, ATƏT-in Minsk Qrupu başda olmaqla, Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var: "Ümumiyyətlə, biz hesab edirik ki, Minsk Qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib. Məlum qətnamənin qəbul olunmaması da Minsk Qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu. Amma biz ona ümid edirik ki, Avropa Şurasında Azərbaycanın dostları, səsimizi eşidən insanlar var. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu bunu bir daha sübut etdi".

Xatırladaq ki, Robert Volterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə layihəsi AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 26-da müzakirəyə çıxarılıb. 181 deputatın iştirak etdiyi səsvermədə 66 nəfər lehinə, 70 nəfər əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb. Layihə qəbul olunmayıb.