XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2019 - 19:22

Azərbaycan Premyer Liqası:"Qəbələ" "Neftçi"yə böyük hesabla məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi”ni qəbul edib.

Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da qonaqlar 3 qolla 3 xal qazanıblar. “Neftçi”nin heyətində Tural Axundov (60), Rauf Əliyev (72) və Stiven Monroz (89) fərqləniblər.

Azərbaycan Premyer Liqası VI tur

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi” – 0:3

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” matçları ilə yekun vurulacaq.