XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2015 - 16:51

Müdafiə Nazirliyi hərbi keçidin ünvanlarını açıqladı

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
– Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
– Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
– Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
– Zərifə Əliyeva adına park;
– Zabitlər parkı;
– Fəvvarələr meydanı.
Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.