XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 11:25

Bağlanan banklardan biri haqda qərar dəyişir – [color=red]“NBC Bank”ın lisenziyası bərpa olunacaq

Xəbər verdiyimiz kimi, yanvar ayının 26-da Mərkəzi Bank məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “NBC Bank"ın lisenziyasını ləğv edib.

Bu qərar isə bank rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanmışdı. Belə ki, onlar lisenziyanın ləğv edilməsi üçün göstərilən tələblərin əsassız olduğunu vurğulayırlar. Qeyd edirlər ki, bankın məcmu kapital tələbi tam yerinə yetirilib.

"Qafqazinfo"ya daxil olan xəbərə görə, “NBC Bank” yenidən açılacaq. Belə ki, bank ya hansısa banka birləşəcək, ya da müstəqil şəkildə fəaliyyətini bərpa edəcək: "Bankın bu barədə rəsmi qərarı fevralın 1-də ictimaiyyətə açıqlanacaq. Yəni bütün hallarda bank bağlanmayacaq, yenidən fəaliyyət göstərəcək”.