XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 10:44

Azərbaycan cüdoçuları 4 medal qazanıb –Açıq Avropa Kuboku

Lüksemburqda başa çatan cüdo üzrə Açıq Avropa Kubokunda Azərbaycan millisi 4 medal qazanıb. 

Yarışın son günündə yığmanın daha 2 üzvü fəxri kürsüyə yüksəlib. Kişilər arasında 100 kq-dan yuxarı çəki dərəcəsindəki İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Aslan Mirzəyev isə 100 kq çəkidə bürünc medala yiyələnib.

Beləliklə milli üzvləri Açıq Avropa Kubokunu 1 qızıl, 3 bürünc medalla başa vurub. Yarışın ilk günündə Aleksandra-Larisa Florian (57 kq) və Rəşad Yelkiyev (60 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb. (report)