Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsi cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə yanvarın 30-da istintaq qrupu ilə birgə Türkmənistana yola düşüb.