Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.
Hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı “39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib.
Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.