XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 12:58

Penitensiar Xidmət:"Eşqin Quliyev xəstəlikdən vəfat edib"

2018-ci il, iyulun 10-da baş vermiş Gəncə hadisələrindən sonra həbs olunmuş 27 yaşlı Eşqin Quliyev bazar günü Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov mətbuata açıqlamasında bildirib ki, Eşqin Quliyevin məhkəməsi başlayandan bəri onun səhhəti nəzarətə götürülüb: “Penitensiar Xidmətin nəzdindəki təcridxanaya gətirilən hər bir məhbus ilkin olaraq tibbi müayinədən keçilir. Eşqin Quliyev də təcridxanaya gətirilən gündən tibbi müayinə və müalicə olunub”.

Mehman Sadıqovun sözlərinə görə, onun ölümünə yoluxduğu infeksion xəstəliklər səbəb olub.

O, məhkumun nəşinin artıq ailəsinə verildiyini deyib.