XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 13:59

Şalva Alaverdaşvili:"Turizm baxımından Bakı bizi qabaqladı"

“Turizm baxımından Bakı bizi vurdu və hətta yaxaladı”.

Gürcüstanın Hotellər və Restoranlar Federasiyasının qurucusu Şalva Alaverdaşvili “Palitra” radio proqramına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın turizm sektorunda müşahidə olunan inkişaf dinamikası Gürcüstana gələn əcnəbi turist sayında itkiyə səbəb olur.

“Bir neçə il əvvəl – 2013-2015-ci illərdə Azərbaycan necə inkişaf etdiyimizi böyük maraqla izləyirdi. İndi biz buna bənzəyirik, çünki Bakı bizi yaxaladı. Bunun səbəbi bizə gələn qonaqların hamısının Bakıya göndərilməsidir. Qonaqları bölgəyə ilk biz gətiririk, sonra sərhəd-keçid məntəqələrində qeyri-müəyyən bir siyasətimiz olduğu üçün qonşu ölkələrə paylanır. Ölkəyə gələnlərə icazə vermədiyimiz üçün Bakıya gedirlər və turist cəlbediciliyi baxımından ölkə kifayət qədər böyüyən dinamikaya sahibdir”, – deyə Ş. Alaverdaşvili bildirib. (apa)