XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 14:58

“Düdelanj” – “Qarabağ” matçının hakimləri bəlli olub –UEFA Avropa Liqası

“Qarabağ”ın Lüksemburqda “Dudelanj”la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı üçün bütün təyinatlar açıqlanıb. 

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Con Bitona Daniel Makfarlan və Duqlas Potter yan xətt, Donald Robertson isə dördüncü hakim qismində yardımçı olacaq.

Norveçli Yon Eylif Skyervold hakim-inspektor, avstriyalı Maykl Zoratti isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Biton 2016/2017 mövsümündə də “Qarabağ”ın matçına təyinat alıb. O, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gəldiyi görüşün baş hakimi olub. Şotlandiyalı referi, həmçinin iyunun 11-də Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu oyunu da idarə edib.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı “Jozi Bartel” stadionunda təşkil olunacaq “Düdelanj” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. (Report)