XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 17:47

Azərbaycana qarşı [color=red] təxribat aradan qaldırılıb
zvezda-kanali.jpg
Rusiya Müdafiə Nazirliyinin  “Zvezda” rəsmi telekanalı Azərbaycana qarşı etdiyi təxribatı aradan qaldırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, kanalın saytında gedən mətndə düzəliş edilib və "Dağlıq Qarabağ Respublikası" ifadəsi mətndən çıxarılıb.
 
Qeyd edək ki, TV Zvezda kanalı reportajlardan birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Telekanalın saytında yanvarın 28-də yerləşdirilmiş, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın – "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.
 
Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.