XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 05:57

İtkin düşmüş neftçinin cəsədi [color=red]Azərbaycana gətirildi

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti aidiyyəti üzrə təhvil verilib.