XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2016 - 06:35

Tanınmış filoloq alim vəfat etdi

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib.

84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona – Qəbələyə aparılıb.

Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.

Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.