XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 08:11

Bakıda qaydasız döyüş üzrə turnirdə [color=red]dava düşdü (VİDEO)

Dünən "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən MMA üzrə "Azerbaijan Fighting Championship” beynəlxalq turnirlər seriyasının ilk günündə qalmaqal baş verib.

Qarşıdurma 70 kiloqram çəki dərəcəsində yer alan TT döyüş klubunun üzvü Cəfər İsmiyevlə "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov arasındakı döyüşdə yaşanıb.

İlk raundda İsmiyevin uğursuz zərbə cəhdindən sonra Salmanov onu başı üzərinə qaldıraraq, rinqdən kənara tullayıb. Bundan sonra hər iki idmançının komandasının üzvləri baş verənlərə müdaxilə edib. Azarkeşlərin də tribunadan meydana yığışmasından sonra davanın miqyası genişlənib. Nəticədə döyüş dayandırılıb ("Report").