XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 09:37

Bakının “avtoş”larını siz də tanıyın

DİN avtoxuliqanlar barədə məlumat yaydı

Strateq.az xəbər verir ki, Daxili İşlər Nazirliyi avtoxuliqanlarla bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib. Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib. Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.