Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.
Bu barədə Strateq.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.