Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction – 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları Bakıya qayıdıb.
Strateq.az MN-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığı (EUCOM) tərəfindən keçirilən NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularının hərbi qulluqçularının da qatıldığı təlimdə Azərbaycan Ordusunun nümayəndələrinin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.