XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2019 - 22:10

Yerevanda Avrasiya İqtisadi İttifaqına qarşı aksiya keçirilib –FOTO

Yerevanın mərkəzində Avrasiya İqtisadi İttifaqı sammitinin reallaşmasına və Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinə etiraz olaraq aksiya keçirilib.

Məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilir ki, aksiyanın təşəbbüskarı Ermənistanın rəsmi dövlət qeydiyyatı olmayan Avropa Partiyasıdır. Bu təşkilat Ermənistanın NATO-ya üzvlüyünün tərəfdarıdır.

Bir müddət sonra Rusiyanın Yerevandakı səfirliyi qarşısında da Rusiya və Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının aksiyası keçirilib/Report.