XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 11:47

“Azərbaycan Dəmir Yolları”:Keşlə stansiyasında bədbəxt hadisə baş verib

Bu gün saat 08:23-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında hərəkətdə olarkən, vətəndaş Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.