XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 14:20

Oktyabrın 2-si gürcülərin soyqırımı günü elan oluna bilər:"Şəhər stadionunda gürcülərin kəsilmiş başları ilə futbol oynanılıb"

Gürcüstanın Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunmasını tələb edir.

Partiya qanun layihəsini artıq ölkə parlamentinə təqdim edib.

Ş.Natelaşvili bildirib ki, 1992-ci ilin oktyabrında Qaqra şəhərində gürcülərə qarşı görünməmiş soyqırım törədilib: “Hətta şəhər stadionunda gürcülərin kəsilmiş başları ilə futbol oynanılıb. Ümid edirəm ki, Gürcüstan parlamenti qanun layihəsini dəstəkləyəcək”.

Partiya sədri deputatları qanun layihəsinin lehinə səs verməyə çağırıb.

Qeyd edək ki, Leyboristlər Partiyası artıq neçənci dəfədir oktyabrın 2-nin gürcülərin soyqırımı günü kimi qeyd olunması təklifi ilə çıxış edir. Lakin bu təkliflərə bu günə qədər rəsmi səviyyədə heç bir münasibət bildirilməyib.  /Report