XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 15:20

Bakıda iş otağında insult keçirən məktəb direktoru xəstəxanada öldü –FOTO

Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib.

Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.

Faktı 293 saylı orta məktəbdən təsdiqləyiblər. /Trend