XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 16:36

Prezidentin əmisinin vəfat etdiyi xəbəri yalan çıxdı – [color=red]Akademik süni tənəffüs aparatına qoşulub

celaleliyev-1.jpg

Bu gün axşam saatlarında mərhum prezident Heydər Əliyevin qardaşı, hazırki prezident İlham Əliyevin əmisi akademik Cəlal Əliyevin uzun sürən xəstəlikdən sonra vəfat etdiyi xəbəri yayılıb.

Bu haqda ilk xəbəri haqqın.az saytı yayıb və ölkə mediasının əksəriyyəti, o cümlədən də Strateq.az saytı da ona istinadən, məlumatı təkrarlayıb.

Ancaq xəbər yayıldıqdan dərhal sonra akademikə yaxın mənbələr Strateq.az-la əlaqə saxlayaraq, xəbərin yanlış olduğunu və Cəlal Əliyevin vəfat etmədiyini bildiriblər.

Başqa mənbələr isə akademikin səhhətinin kritikləşdiyini və artıq süni tənəffüs aparatına qoşulduğunu deyiblər…

Xatırladaq ki, Heydər Əliyevin kiçik qardaşı olan Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və ADU-nun biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin və YAP Siyasi Şurasının üzvü olub.

I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2010-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. 

"İstiqlal" ordeni ilə təltif edilib.

18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sa­həsində fundamental tədqiqatları və nailiyyət­lə­ri­nə görə, akademik Cəlal Əliyev Həsən bəy Zərdabi adına mü­ka­fatla təltif olunub.

1 övladı var.

Onu da qeyd edək ki, mərhum prezident Heydər Əliyevin yenidən Azərbaycana qayıtmasında və hakimiyyətə gəlməsində Cəlal Əliyevin müstəsna rolu və xidmətləri olub. O, həmişə Vəzirov və Mütəllibov hakimiyyətlərinin Heydər Əliyevin qayıdışını əngəlləmək üçün seçdikləri və sıxışdırdıqları, təzyiq altında saxladıqları əsas fiqur sayılıb…

Strateq.az