XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2019 - 20:57

NATO-nun geniştərkibli nümayəndə heyəti Tbilisiyə səfər edəcək

NATO-nun geniştərkibli nümayəndə heyəti oktyabrın 3-də Gürcüstana səfər edəcək. İki gün davam edəcək səfər Gürcüstan hökumətinin dəvəti əsasında həyata keçiriləcək.

Azərtac xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nümayəndə heyətinə 29 üzv ölkənin daimi nümayəndələrinin və NATO Baş katibinin müavini Rouz Qütemüllerin daxil olduğu bildirilir.

Səfər çərçivəsində NATO-Gürcüstan Komissiyasının görüşü keçiriləcək.

NATO Baş katibinin müavini Gürcüstan Prezidenti, Baş Naziri, parlamentin sədri və digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə Gürcüstanın Avratlantik məkana inteqrasiyası, Cənubi Qafqazdakı münaqişələr, regional layihələr və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.